"Bayern Munchen"in futbolçusu zədələndi

11 Mart 2018 17:42

"Bayern Munchen"in yarımmüdafiəçisi Korenten Tolisso Bundesliqanın 26-cı turunda "Hamburg"la oyunda (6:0) zədələnib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəqibin futbolçusu Vasiliye Yanyiçiçlə toqquşan 23 yaşlı havbek 65-ci dəqiqədə əvəzlənib. Onun sağ topuğunda qan toplanması aşkarlanıb. Tolissonun nə vaxt meydana qayıdacağı açıqlanmır. "Bavariya"nın baş məşqçisi Yupp Haynkes fransalı futbolçunun durumuna əlavə tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib. 

Milli.Az