Axirətdə Rəsulallahın yoldaşı olmaq üçün nə lazımdır?

13 Mart 2018 22:20

Hər kim əziz Peyğəmbərimizlə axirətdə yoldaş olmaq istəyirsə, gərək alimə ehtiram qoysun. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur:"Hər kim alimlə görüşməyə gedər, ona bənzəyir ki, məni ziyarət etmişdir.

Hər kim alimə əl verər, ona bənzəyir ki, mənə əl vermişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hər kim alimin yoldaşı olar, ona bənzəyir ki, mənimlə bir məclisdə olmuşdur.

Hər kim dünyada mənimlə yoldaş olar (həmməclis) olar - axirətdə də mənim yoldaşım olacaqdır".

Bəs xoşbəxt insan kimdir? Həzrət Peyğəmbər (s) bu barədə buyurur: "Xoşbəxt o kəsdir ki, neməti əbədi olan axirət evini əzabı sonsuz olan fani evdən üstün bilər. İxtiyarında olan şeylərdən gedəcəyi ev üçün qabaqcadan göndərər".

Eyni zamanda, mübarək dinimiz çatdırır ki, alimlərin müvafiq tanıtımı olmasa, onlar vətənlərində də qərib olarlar. İmam Cavad (ə) buyurur: "Alimlər, cahillərin çox olmasına görə qəribdirlər".

Bununla yanaşı, dinimiz buyurur ki, alim və ya cahil olmasından asılı olmayaraq, insan lüzumsuz yerə danışmamalıdır. Sükutun dəyərinə aid hədisdə İmam Sadiq (ə) buyurur: "Alim və ya cahil olsan - sükutu seç ki, səbirli hesab olasan. Çünki sükut - alimlərin yanında zinət, nadanların yanında örtükdür".

Milli.Az