Diş daşlarından uzaq olun

13 Mart 2018 21:45

Diş daşı adlanan yığınaq, tüpürcəkdəki mineralların bir məhsuludur. Daş, diş əti iltihabı və periodontit kimi diş əti xəstəliklərinin başlıca səbəbidir. Dişlərin üzərinə yığılan bakteriya yığınını vaxtında təmizləmək lazımdır. Çünki bu yığın qaldıqca tüpürcəkdə olan kalsium və fosfat ionlarının təsiri ilə sərtləşərək diş daşları əmələ gətirir. Diş daşı isə yalnız həkim tərəfindən təmizlənməlidir. Diş daşı həmçinin diş əti və digər xəstəliklərə səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diş daşları diş ətini sıxıb onun qan dövranını pozur, digər tərəfdən isə diş daşlarında olan mikroorqanizmlər diş əti cibinə müxtəlif üzvü turşular və toksinlər ifraz edirlər. İlk dövrlərdə orqanizm bu maddələri neytrallaşdırsa da, sonradan onların miqdarının artması, orqanizmin isə müəyyən dərəcədə yorulması nəticəsində üzvi turşular və toksinlər diş əti toxumalarına daxil ola bilirlər. Bu maddələrin orqanizmə daxil olması bədəndə toksinlərə qarşı əks reaksiya törədir. Orqanizmdə bu maddələri neytrallaşdıra biləcək bioloji aktiv maddələr istehsal olunur və qana keçərək zədələnmiş toxumalara və üzvlərə gəlir. Bu bioloji aktiv maddələrin toksinlərlə qarşılıqlı təsirindən toksiki maddələr neytrallaşsa da, digər tərəfdən diş ətində iltihabi proses yaranır. Bu zaman diş əti şişir, iltihablaşaraq qızarır, diş ətində ağrılar və qanaxmalar əmələ gəlir, tədricən ağızdan pis iy gəlməyə başlayır. Bəzən isə diş ətində ağrılar olmur və bu zaman xəstəlik uzun illər müalicə olunmamış qala bilir. Bu mərhələdə xəstəliyin qarşısı alınmalıdır. Çünki bundan sonrakı mərhələlərdə artıq prosesi geri döndərmək mümkün olmur. Ona görə də bütün insanlar diş ətində ilk qızartı əlamətlərini müşahidə edən kimi həkimə müraciət olunmalıdır. Məhz bu mərhələdə diş daşları mexaniki üsullarla ağızdan təmizlənməli, zədələnmiş diş əti toxumaları kənarlaşdırılmalıdır. Bundan sonra diş əti müxtəlif antibakterial preparatlarla müalicə olunmalıdır. Diş ətini qıcıqlandıra biləcək qidalar: turşular, duzlu yeməklər, sirkələr qida rasionundan çıxarılmalı, yeni diş daşlarının yaranmaması üçün ağızın gigiyenik vəziyyəti daim nəzarətdə saxlanmalıdır.
Daş xüsusilə diş əti altında meydana gəldiyində ən böyük problemi yaradar. Daş, əhəngli və sərtdir; təmizlənməsi isə çətindir. Təmizləmə əməliyyatı, xüsusilə diş əti altındakı daşlar üçün gratuar və küret adı verilən alətlərlə diş təmizlənir, əməliyyat narahat edicidir və diş ətlərinizi qanadır. Digər bir üsul isə, daşları təmizləməyə köməkçi olan bir titrəşmə aləti istifadə etməkdir. Bu isə çox rahatdır. Bugünlərdə ərplərə qarşı diş məcunları çox reklam edilməkdədir. Bu diş məcunlarının dişlər üzərində daş yığılmasını azaltdığı, ancaq diş əti altındakı daşlar üçün çox az təsiri olduğu, ya da heç olmadığı müəyyən edilmişdir. Çox təəssüf ki, diş daşları dişlərinin itirilməsilə nəticələnə bilər. Bu cür diş məcunları eyni zamanda dişlərinizin isti, ya da soyuq yeməklərə qarşı daha da həssaslaşmasına səbəb ola bilər.

Milli.Az