“Samsung” smartfon və planşetin hibridini hazırlayır

13 Mart 2018 08:05

Cənubi Koreyanın "Samsung" şirkəti cihazlar bazarına planşet və smartfonun hibridini çıxaracağını anons edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, cihazın adı "displeyli cihaz" - "Display device" olacaq. Hazırda yeni tərtibat üçün qeydiyyat müraciəti patentlər bürosuna təqdim edilib.

Məlumata görə, qatlanan konstruksiyaya malik portativ cihaz iki rejimdə işləyəcək - smartfon və mini-planşet kimi. Bundan başqa, tərtibatçılar onu kamera və micro-USB ilə də təchiz edəcəklər.

Milli.Az