“Sony PlayStation 5” yaxın zamanlarda satışa çıxarılacaq

13 Mart 2018 08:59

"Sony PlayStation 5" oyun avadanlığı yaxın zamanlarda satışa çıxarıla bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin insayderi Makrus Sellars məlumat verib.

Onun sözlərinə görə, yeni məhsul üzərində işlər fevralın sonunda yekunlaşıb və yaxın zamanlarda avadanlıq bazara çıxarılacaq. Hazırda "Sony PlayStation 5" nümunələri oyun tərtibatçılarına göndərilir ki, yenilənmiş avadanlıq üçün oyunlar yarada bilsinlər.

"Sony PlayStation 5"-in bazara çıxarılacağı dəqiq vaxt məlum deyil. Avadanlığın rəsmi anonsu da hələlik çıxmayıb.

Xatırladaq ki, bundan əvvəl "Sony" şirkəti özünün operativ taksi çağırma sistemini yaradacağı planları barədə açıqlama verib.

Milli.Az