HTC üçün son 13 ilin ən böyük uğursuzluğu

13 Mart 2018 08:41

Tayvan istehsalçısı HTC şirkətinin fevral ayında mənfəəti daha əvvəlki ayla müqayisədə 123 faiz, 2017-ci ilin analoji dövrü ilə müqayisədə isə 40 azalıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkətin gəlirləri fevral ayının nəticələrinə əsasən, 89,2 milyon dollar təşkil edib. Şirkət 13 il saxladığı anti-rekordu yeniləyib.

Mütəxəssislər bu uğursuzluğu iki səbəblə izah edirlər. Bunlardan biri bütün elektronika satışlarının cüzi satış səviyyəsidir. Digər səbəb isə aparıcı satış bazarlarında U11+ telefonlarının yox sayılmasıdır. Belə ki, cihaz ABŞ bazarında satılmır.

Bununla belə, mütəxəssislər düşünürlər ki, martda da şirkətin gəlirləri düşməkdə davam edəcək və yalnız aprel ayında üzü yuxarı gedəcək. O zaman HTC U12 telefonunu və virtual reallıq eynəklərinin təqdimatını edəcək.

Milli.Az