Bu telefon 1 ay avtonom işləyir

13 Mart 2018 07:31

"Energizer" şirkəti "Power Max P20" adlı yeni telefonunu təqdim edib. Qurğu müasir smartfonlardan mexaniki klaviaturanın mövcudluğu ilə fərqlənir. Aparat 4000 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni telefon gözləmə rejimində 31 günədək işləyir. Həmçinin istifadəçilər 40 saatadək fasiləsiz danışa bilərlər.
 
Qurğu 2,8 düymlük ekrana malikdir. Həmçinin yeni telefonu smartfon üçün yığcam akkumulyator kimi istifadə etmək mümkündür: telefon tam ölçülü USB konnektorla təchiz edilib. Qurğu 2018-ci ilin ikinci rübündə təqdim ediləcək.

Milli.Az