Çində “narıncı həyəcan” elan edildi

11 Mart 2018 16:56

Çinin paytaxtı Pekində havanın kəskin çirklənməsi ilə əlaqədar "narıncı həyəcan" elan edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Pekinin ətraf mühitin mühafizəsi üzrə bələdiyyə bürosu məlumat yayıb.

Məlumatda deyilir ki, "narıncı həyəcan" martın 12-dən 14-dək davam edəcək.

Meteoroloqların proqnozlarına görə, ayın 14-dən etibarən havanın temperaturu aşağı düşəcək, duman çəkiləcək və axşam hava təmizlənəcək.

Milli.Az