Rusiyada Azərbaycan vətəndaşı intihar edib

11 Mart 2018 15:37

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.

Milli.Az