Yevlaxda baş verən yol qəzaslnda xəsarət alanların durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

11 Mart 2018 15:24

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, 20 nəfər xəsarət alıb.

Milli.Az bildirir ki, Yevlax rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlrərlə xəstaxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində ağır xəsarət alan 5 nəfər isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yaralılardan 3-nün vəziyyəti stabilləşib, 2 nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Milli.Az