Messinin həyat yoldaşı üçüncü övladının fotosunu paylaşdı

11 Mart 2018 15:02

"Barselona"nın hücumcusu Lionel Messinin həyat yoldaşı Antonella Rokusso yenicə doğulmuş oğlunun fotolarını paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Antonella Instagram səhifəsində əri və iki oğlunun şəklini yerləşdirib.

Qeyd edək ki, məşhur futbolçu üçüncü dəfə ata olub. Onun Tyaqo və Mateo adlı iki oğlu da var.

Milli.Az