Rusiyada güclü yanğın

11 Mart 2018 13:14

Rusiyanın Perm şəhərində istilik-izolyasiya materialları istehsal edən "Penopleks" şirkətinə məxsus zavodda yanğın baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "İnterfaks" informasiya yayıb.

Məlumata görə, baş vermiş dəhşətli yanğın zamanı binada 14 nəfər olub. Xilasedicilər dərhal təxliyə əməliyyatına başlayıb. 14 nəfər təxliyə edilib və xəsarət alan olmayıb.

Milli.Az