"Məndən olsa, "Barcelona"nın qapılarını Neymarın üzünə açardım"

11 Mart 2018 13:00

PSG-nin hücumçusu Neymarın "Barcelona"ya qayıtmaqistədiyi barədə xəbərlər yenidən gündəmə gəlib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon klubunun yarımmüdafiəçisi İvan Rakitiç bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

"Neymar mənə heç nə deməyib. Amma məndən olsaydı, qapıları onun üzünə açardım. Təkcə onunla aramızda olan münasibətə görə yox, həm də Neymarın istedadına görə. Onu həmişə komandada görmək istərəm" - xorvat futbolçu deyib.

Neymar hazırda zədəlidir və 2 ay oynamayacaq. "Mundo Deportivo" nəşri braziliyalı ulduzun 2019-cu ilin yayında "Barcelona"ya geri dönmək arzusunu klub rəhbərliyinə çatdırdığını yazırdı.

Milli.Az