Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb

11 Mart 2018 12:23

Martın 9-da Belorusda şaxtada dağıntılar altında qalan iki şaxtaçı ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün "Belaruskaliy" şirkətinin direktoru İvan Qolovatıy bildirib.

Cümə günü 10 saylı sahədəki şaxtada qəfil qaz püskürməsi baş verib. Həmin vaxt şaxtada  1973 və 1985-ci il təvəllüdlü iki fəhlə olub. Bu gün onların cəsədləri dağıntılar altından çıxarılıb.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az