Robert Levandovski də 100-ə çatdı

11 Mart 2018 12:17

Almaniya Bundesliqasının 26-cı turunda "Hamburg"la qarşılaşan "Bayern Munhen" 6:0 hesablı qələbə qazanıb. Münhen klubunun hücumçusu Robert Levandovski het-trikə imza atıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard Bundesliqada "Bavariya"nın forması ilə 100-cü qolunu vurub. Levandovski bu baxımdan "Bayern Munchen"in 6-cı futbolçusu olub. Daha öncə Tomas Müller və Diter Heness (102), Karl-Haynz Rummenige (162), Ronald Volfhart (199) və Qert Müller (365) də 100 qol həddini keçmişdi. 

Milli.Az