Türkiyə ordusu Afrində 3291 terrorçunu məhv edib

11 Mart 2018 11:26

Türkiyə Hərbi Qüvvələri Suriyanın Afrin bölgəsində "Zeytun Budağı" əməliyyatı çərçivəsində 3291 terrorçu məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Baş Qərargahının bəyanatında bildirilir.

Qeyd edilir ki, əməliyyat plana uyğun şəkildə davam edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Milli.Az