Britaniya siyasi səbəblərə görə dünya çempionatını boykot edə bilər

11 Mart 2018 11:00

Rusiya Baş Kəşfiyyət İdarəsinin sabiq polkovniki Serqey Skripal Britaniyanın Solsberi şəhərində zəhərlənib.

O, 10 il müddətində krallığın dəyərli casuslarındn biri olub. 2010-cu ildə Skripal Amerikada saxlanılan rus casusları ilə dəyişdirilmişdi. Martın 4-də sabiq dövlət qulluqçusu və qızı Yuliya sinir sistemini iflic edən qazdan zərər görüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Britaniya rəhbərliyi bu səbəbdən Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək variantını nəzərdən keçirir. Bu addımı koordinasiyalı atmaq üçün Avropanın digər ölkələri ilə də danışıqlar aparılır. Martın 6-da Britaniyanın Xarici İşlər naziri Boris Conson hadisə ilə bağlı danışarkən boykot məsələsinə də işarə vurmuşdu. 

Milli.Az