60 yaşlı Şeron Stoun bikinidə fotosessiya etdirdi

11 Mart 2018 09:59

26 il əvvəl çəkildiyi "Əsas instinkt" filmi ilə ulduzu parıldayan aktrisa Şeron Stoun 60 illik yubileyi münasibətilə fotosessiya etdirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki,  aktrisa "New York Times" üçün fotokamera qarşısına keçib. Qara bikinidə şəkillər çəkdirən Stoun fotoqraf Harri Eelmanla əyləncəli vaxt keçirdiklərini bildirib. 

Qeyd edək ki, 3 dəfə ərə gedən Şeron Stoun ad günündə gənc sevgilisi ilə Mayami sahillərində görüntülənmişdi. 

Milli.Az