Latviya Vergi Xidmətinin rəhbəri ölü tapılıb

11 Mart 2018 09:47

Latviya Vergi Xidmətinin baş direktoru İlze Tsirule evində ölü tapılıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyitin üzərində xəsarətlər və ya digər zorakılıq əlamətləri aşkarlanmayıb. Müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib.  

İki övladı olan 53 yaşlı İlze Tsirule 2016-cı ilin noyabrın 14-dən Latviya Vergi Xidmətinin baş direktoru vəzifəsində çalışıb.  

Milli.Az