2 nəfər dərmandan zəhərləndi

11 Mart 2018 09:20

Şəmkir və Gəncədə iki nəfər dərmandan zəhərlənib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayon Təzəkənd kənd sakini 1994-cü il təvəllüdlü Mustafayeva Pərvanə dərmandan zəhərlənərək xəstəxanaya çatdırılıb.

P. Mustafayevaya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Gəncə sakini 1996-cı il təvəllüdlü Əliyeva Şəhanə də dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib. On tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hər iki fakt üzrə araşdırma aparılır.

Milli.Az