Qobustanda zəncirvari qəzada 3 nəfər xəsarət alıb - YENİLƏNİB

11 Mart 2018 12:06

12:06

Qobustan rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsində 3 nəfərin xəsarət aldığı məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində "Mersedes", "VAZ 2109" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon sakinləri-1993-cü il təvəllüdlü Cəfərli Şakir Balamirzə oğlu, 1987-ci il təvəllüdlü İbadov Elmir Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Cəfərov Rəmşid Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

----------

09:05

Bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində zəncirvarı avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 8.30 radələrində Qobustan rayonunun Yekəxana kəndi ərazisində  3 avtomobilin iştirak etdiyi zəncirvarı qəzada çoxlu sayda yaralının olduğu bildirilir.

Yaralılar təcili yardım maşınları ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az