Azərbaycanın tanınmış şairi vəfat etdi

10 Mart 2018 23:33

Tanınmış şair, jurnalist, publisist Məmməd Kazım bu gün 83 yaşında dünyasını dəyişib.

Milli.Az modern.az-a istinadən bildirir ki, bu barədə şair Kənan Hacı  ictimaiyyətə  məlumat verib:

"Çox ağır xəbər... Həyatımda çox böyük rolu olmuş, mənə mənəvi atalıq eləmiş ağsaqqal şairimiz Məmməd Kazım haqqa qovuşdu... Ruhu şad olsun!"

M. Kazım "Hünər" və digər hərbi-vətənpərvərlik verilişləri ilə insanların dərin hörmətini qazanıb. O, Böyük Vətən Müharibəsində itkin düşmüş minlərlə əsgərlərin yaxınları ilə qovuşmasında vasitəçi olub.

Milli.Az