Azərbaycanın axtardığı şəxs Ukraynada tutuldu

10 Mart 2018 22:11

Azərbaycanın "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Kamran Adıgözəlovun Azərbaycana ekstradisiya olunması istiqamətində işlər görülür.

K.Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə ittiham olunur.

Milli.Az