Müğənni Həmid Sultan qəzaya düşdü, yaralandı - FOTO

10 Mart 2018 21:04

Sumqayıt şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ramil Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil şəhərin 4-cü mikrorayonunda 1992-ci il təvəllüdlü müğənni Həmid Sultanın idarə etdiyi "Ford" markalı maşınla toqquşub.

Nəticədə "Opel"in sürücüsü R.Quliyev, "Ford"u idarə edən H.Sultan və onun sərnişini 26 yaşlı Heydər Akmuradov müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Hər 3 şəxsin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Milli.Az