Cəlilabadda yol qəzası: bir nəfər xəsarət alıb

10 Mart 2018 19:48

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində rayonun Alaşar kənd sakini, 1988-ci il təvəllüdlü Babayev Pərviz Abış oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az