Kayahanın arvadı nişanlısından ayrıldı

10 Mart 2018 19:44

Mərhum müğənni Kayahanın həyat yoldaşı İpek Acar musiqiçi nişanlısı Alper Kömürcüdən ayrılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Acarın özü məlumat yayıb:

"Alper bəylə, münasibətimizə son qoymaq qərarına gəldik. Dostluğumuz hər zaman davam edəcək. Daha önəmlisi odur ki, qiymətli musiqiçidir. Birlikdə konsertlərimiz olacaq. Ümid edirəm, bütün gözəlliklər, xoşbəxtlik hamımızın olar".

Qeyd edək ki,Kayahan 2015-ci ildə dünyasını dəyişib. İpek Acar 2017-ci ildə orkestrində skripka çalan Alperlə tanış olub nişanlanmışdı.

Milli.Az