"Haqqımda danışılanları bir qulağımdan alıb, o birindən verirəm"

10 Mart 2018 13:45

"Artıq uzun müddətdir haqqımda danışılanlara görə narahat olmuram. Yersiz tənqidləri bir qulağımdan alıb, o biri qulağımdan verirəm. Kimsə tərifləyəndə ona qulaq asıram, amma çox diqqət yetirmirəm".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un hücumçusu Qonzalo İquain deyib. "Marca"ya danışan argentinalı forvard özü ilə bağlı yayılan tənqidlərə münasibət bildirib:

"Həmişə bir prinsipim olub ki, sakitlikdə işləyim. Məşq edirəm, "Yuventus"da oynayıram. Haqqımda danışılan digər şeylər məni narahat etmir. Artıq 12 ildir Avropadayam. Belə şeylər mənə maraqlı deyil".

Milli.Az