Zidan: "Beyllə heç bir problemim yoxdur"

10 Mart 2018 15:04

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beyli start heyətdə meydana buraxmadığı üçün ona yönələn tənqidlərə cavab verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransız mütəxəssis uelsli yarımmüdafiəçi ilə aralarında heç bir problemin olmadığını bildirib. Zidan heyətlə bağlı seçimini komandada ulduz futbolçuların çox olması ilə əlaqələndirib:

"Beyllə heç bir problemim yoxdur. Özü ilə söhbət etmişəm, o da vəziyyəti gözəl başa düşür. "Real"da vacib futbolçular çoxdur. Beyl də onlardan biridir. Mətbuat həmişə bir futbolçuya diqqət yetirir. Amma digərlərini də unutmaq lazım deyil. Hər 3 gündən bir heyəti müəyyənləşdirməli oluram. Beyl vacib futbolçudur. Lakin digərləri də var".

Milli.Az