Məşhur idmançıdan dopinq etirafı

10 Mart 2018 13:21

Amerikalı tennisçi Serena Uilyams 2015-ci ildə keçirilən "Roland Garros" zamanı qadağan olunmuş preparat qəbul etməsindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, idmançının sözlərinə görə, o, dopinqi qanuni olaraq qəbul edib, çünki həmin preparatlardan (TUE) terapevtik istifadə üçün icazəsi var imiş.

Preparat xəstəliyə görə ona lazım olub. Səhhəti ilə bağlı probleminin olmasına baxmayaraq, o, turnirdə qələbə qazanıb.

Milli.Az