"Gör cavanlığı nə olub" - Azərbaycanlı məşhurun qayınanası TƏƏCCÜBLƏNDİRDİ - FOTO

10 Mart 2018 13:12

Bu gün "Zaurla Günaydın" verilişinin qonaqları Türkiyədə özünə restoran biznesi quran Samir Piriyev və xınayaxdıları ilə tanınan qiraətçi Nazilə Səfərli olub.

Milli.Az xəbər verir ki, Nazilə efirə tək gəlməyib. O, əslən rus olan qayınanası ilə Zaurla Günayın verilişinin qonağı olub.

Aparıcı Zaur Baxşəliyev Nazilənin qayınanasını görüncə təəccübünü gizlətməyib:

"Nazilə, məndən incimə, amma qayınanan səndən cavan görsənir". 

Nazilə Zaurun sözlərinə "Qayınanam idmançı olub" ifadəsi ilə cavab verib.

Ardınca studiyanın mətbəx hissəsinə çay süzmək üçün keçən Zaur digər qonaq Samir Piriyevə sakit səslə "Görürsən nə qəşəng qayınanası var. Gör cavanlığı nə olub" sözlərini işlədib. Müğənni aparıcının sözlərini gülüşlə qarşılayıb.

Verilişdən həmin kadrları təqdim edirik:

Məhəmməd Vaqif
Milli.Az