Dünyanın ən böyük futbol stadionu bu ölkədə tikiləcək

10 Mart 2018 15:22

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əs-Səud İraqda 135 min nəfərlik yer tutumuna malik olan dünyanın ən böyük stadionunu inşa etdirmək niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu qərar fevralın 28-də İraqda yerli komanda ilə Səudiyyə Ərəbistanı millisi arasında keçirilən yoldaşlıq oyunundan sonra (4:1) qəbul olunub.

İraq hökuməti Səudiyyə kralının ölkədə stadion tikmək niyyətində olduğunu təsdiq edib.

Milli.Az