"Arvadımın işləməyini istəmirəm"

10 Mart 2018 16:34

Mayın 6-da aktrisa Buse Varolla ailə qurmağa hazırlaşan Alişan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni həyat yoldaşının işləməsini istəmədiyini deyib. Alişanın həyatı ilə bağlı maraqlı açıqlamalarını təqdim edirik:

42 yaşım var, həyatımda 3 dəfə üz baxımı etdirmişəm.

İnsanın təbiliyini itirən estetik əməliyyatlara qarşıyam. Nişantaşında bütün qadınlar elə bil bacıdılar. Hamısı eynidir.

Buse istəsə plastik əməliyyat etdirə bilər. Evlənəndə qadının həyatını almırsan. Elə kişilərdən deyiləm.

Amma bura Türkiyədir və mənim də öz qaydalarım var. Buse indi serialda çəkilir. İyuna qədər müqaviləsi var. Pulum ailəmi saxlamağa bəs edirsə, həyat yoldaşımın çalışmağını istəmirəm. İşləmək itəsə, qadağa qoymaram. Buse çalışmaq istəmir. Toydan sonra tez uşaq istəyirik.

Milli.Az