Mətbuat Şurasının İdarə Heyətinin tərkibi genişləndirildi - FOTO

10 Mart 2018 12:00

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi qərara alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Şuranın bu gün keçirilən VII qurultayında müzakirəyə çıxarılıb.

Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alıb. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildiriblər və təklif qəbul olunub.

Milli.Az