Tillerson Keniyaya səfərini təxirə saldı - Xəstələnib

10 Mart 2018 11:30

ABŞ-ın dövlət katibi Reks Tillerson Keniyaya planlaşdırdığı səfərini təxirə salıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb dövlət katibinin səhhətində yaranan problemlər olub.

Dövlət katibinin müavininin sözlərinə görə, R.Tillersonun xəstəliyi çox ciddi deyil: "Narahat olmağa dəyməz. Sadəcə bəzi planlaşdırılmış görüşlərin vaxtı bir qədər sonraya qədər təxirə salınıb".

Qeyd edək ki, ABŞ rəsmisi Afrika ölkələrinə səfərə çıxıb.

Milli.Az