"Onunla əvvəlki sıx münasibətim yoxdur..." - Natavan etiraf etdi - VİDEO - FOTO

10 Mart 2018 18:33

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan müğənni Natavan Həbibi maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, fanatları ilə bir arada olanda özünü rahat hiss etdiyini dilə gətirən müğənni elə bu görüşü ilə sevənlərinə verdiyi sözü yeyinə yetirmiş olub:

"Sanki, uşaqlarla gəzməyə, əylənməyə çıxmışıq. Fanatlarımla görüşəndə rahat oluram. Bilirəm ki, üzərimdəki yük bir az azalır. Belə görüşlər üçün söz verirəm, alınmır, əziyyət çəkirəm. Bu görüşə Səidə Sultan gəldi. Oxusaydı, daha gözəl olardı, sevinərdim. Anar Ağakişiyev də buradaydı. Mən bu cür şeyləri sevirəm. Dostlarımın dostluqlarını, səmimiyyəti hiss etdirməsini sevirəm. İnsanlar bunu bir-birilərinə hiss etdirməlidirlər".

Oksana Rəsulovanın doğum günündə bir arada görüntülənən Natavanla Elnurun barışdığı söylənsə də, bu yaxınlarda yenə küsülü olduqları ilə bağlı söz-söhbətlər yayıldı: 

"Mən heç Elnuru görürəm ki, ondan küsüm və ya barışım. Sonuncu dəfə onu Oksananın doğum günündə görmüşəm. İnsanlar heç nəyi bilmədiklərinə görə bizim küsüb barışdığımızı düşünürlər. Salam, sağolumuz var. Biz düşmən deyilik. Elnurla əvvəlki sıx münasibətim yoxdur. Bunun isə heç kimə aiddiyyəti yoxdur. Bu, sırf üç-dörd nəfərin arasında olan söhbətdir". 

Uğursuz evlilikdən sonra müğənninin bu məsələ ilə bağlı reaksiyası da sərt oldu:

"Bu haqda danışmağa bir şey yoxdur. Mən bir dəfə demişəmsə, yenilik yoxdursa, mən bunu təkrar-təkrar necə deyim. Lazım deyil. Nə vaxtsa, nəsə olsa, biləcəksiz. Ümumiyyətlə, çalışıram ki, həyatda heç nəyin peşmançılığını çəkməyim. Hər şeyə şükür edib, həyata davam edirəm. Həyatda ancaq gözəl şeylər yaşamırıq. Yaxşı da olur, pis də. Biz onlardan imtina edib unuda bilmərik". 

Natavan yeni imici ilə bir sıra layihələr hazırlamaq niyyətindədir:

"Bu saç düzümü xoşuma gəlir. Həmişə alnım açıq gəzmişəm. Saçım alnıma tökülməyib. İndi alnım bağlanır. Özümü narahat hiss edirəm. Bizim bu saçla layihələrimiz var. İşbirliyi qurduğum insanlar saçımı kəsməyimi istəmirlər".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Onunla əvvəlki sıx münasibətim yoxdur..." - Natavan etiraf etdi