Qurban Qurbanov türk futbolçunu milliyə dəvət etdi

10 Mart 2018 11:18

Türkiyə çempionatının I divizionunda çıxış edən "Samsunspor" klubunun futbolçusu Ufuk Budak Azərbaycan milli komandasına dəvət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində "Boluspor"la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. O, martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı. 

Milli.Az