Neftin bahalaşması davam edir

10 Mart 2018 10:42

Dünya birjalarında neft bahalaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 1,92 dollar və ya 3,19% artaraq 62,04 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,88 dollar və ya 2,96% artaraq 65,49 dollar təşkil edib.

Milli.Az