Türk əsilli futbolçunu daha bir Avropa nəhəngi istəyir

10 Mart 2018 18:24

Mövsümün sonunda "Liverpul"la müqavilə müddəti bitəcək Əmrə Canın xidmətində daha bir Avropa nəhəngi maraqlıdı.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Real" türk əsilli futbolçunu heyətində görmək istəyir. Bu barədə Əmrənin meneceri İtaliya mətbuatına açıqlamasında məlumat verib. O, 24 yaşlı futbolçunun xidmətində "Yuventus" və "Bavariya" ilə yanaşı, "kral klubu"nun da maraqlı olduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə Almaniya millisinin üzvü ilə "Yuventus" arasında şifahi razılıq əldə olunduğu, Canın Turin təmsilçisi ilə illik 5 milyon avro olmaqla, 5 illik müqavilə bağlanması ilə bağlı razılığa gəldiyi barədə xəbər yayılmışdı.

Milli.Az