Ər 3-cü dəfə qız doğan arvadının üzünə "kislota" atdı - FOTO

10 Mart 2018 10:10

Oğlan uşağı istəyən ər qız doğan arvadının üzünü kimyəvi maddə ilə əridib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanın Muradabad vilayətində yaşayan 32 yaşlı Siraj Bivi adlı kişi qız uşağı doğan xanımı 25 yaşlı Farah Bivini döyüb, üzünə kimyəvi turşu atıb.

Xəstəxanaya çatdırılan qadının üzü yanıb. Ər isə hadisəni törətdikdən sonra qaçıb.

Hadisə 8 mart - Beynəlxalq qadınlar günündən 1 gün əvvəl, 7 martda baş verib.

Polis hər yerdə cinayətkar əri axtarır.

Qeyd edək ki, 8 ildir evli olan cütlüyün iki qızı var.

Emin
Milli.Az