AVM-in qarşısında qızıl örtüklü Ferrari, Bentley, Porsche görənlər təəccüb içində - FOTO

10 Mart 2018 10:23

Londondakı məşhur alış-veriş mərkəzinin qarşısında ard-arda park edilmiş qızıl örtüklü bahalı avtomobilləri görənlər təəccübləniblər.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yoldan keçənlər görüntüləri çəkib, sosial şəbəkədə paylaşıblar. Onlar hansısa ərəb şahzadəsinin İngiltərədə qonaq olduğunu düşünüblər.

Daha sonra alış-veriş mərkəzinin mətbuat xidmətindən bildirilib ki, avtomobillər BBC-nin çəkiliş qrupu tərərfindən veriliş çəkmək üçün park edilib.

Qeyd edək ki, avtomobillər arasında Porsche, Mercedes, Bentley, Ferrari kimi məşhur şirkətlərin maşınları olub.

Emin
Milli.Az