Alim mükafatını satdı

5 Dekabr 2014 00:02
Amerikalı alim, DNT strukturunu kəşf edənlərdən biri Ceyms Uotsonun Nobel mükafatı "Christie's" auksionunda 4,1 milyon dollara satılıb. 86 yaşlı Uotson mükafatını satmaq qərarına gələn ilk Nobel mükafatı laureatıdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bundan başqa, Ceyms Uoysonun 10 dekabr 1962-ci ildə Stokholmda Nobel komitəsinin təntənəli mərasimindəki çıxışı üçün tezislərinin əlyazması da 200 min dollara, mühazirəsinin qaralaması isə 200 min dollara satılıb.

Alim bildirib ki, əldə olunan vəsaiti xeyriyyəçiliyə sərf edəcək.
 

Milli.Az