ABŞ-da Trampa Rusiya ilə əlaqələri normallaşdırmağa mane olanlar var - Putin

10 Mart 2018 07:56

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşdırılmasını istəyir, lakin ona mane olan qüvvələr var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin "NBC" telekanalına müsahibəsi zamanı bildirib.

ABŞ və Rusiya əlaqələrində danışan Putin qeyd edib: "Sizə düşmən damğası vuran biz deyilik. Siz parlament, Konqres səviyyəsində qərar qəbul edib Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niye belə etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib. Mən hesab edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olan qüvvələr var".

Milli.Az