Serena Uilyams dopinq qəbul etdiyini boynuna alıb

10 Mart 2018 08:17

Amerikalı tennisçi Serena Uilyams 2015-ci ildə keçirilən "Roland Garros" zamanı qadağan olunmuş preparat qəbul etməsindən danışıb.

Milli.Az "Report"a istinadən bildirir ki, idmançının sözlərinə görə, o, dopinqi qanuni olaraq qəbul edib, çünki həmin preparatlardan (TUE) terapevtik istifadə üçün icazəsi var imiş.

Preparat xəstəliyə görə ona lazım olub. Səhhəti ilə bağlı probleminin olmasına baxmayaraq, o, turnirdə qələbə qazanıb.

Milli.Az