"Trabzonspor"a transfer qadağası qoyuldu

10 Mart 2018 08:09

FİFA Türkiyənin "Trabzonspor" klubuna transfer qadağası qoyub.

Milli.Az "Report"a istinadən bildirir ki, komanda bir transfer pəncərəsi müddətində yeni futbolçular qeydiyyata ala bilməyəcək.

Buna "Trabzonspor"un Matuş Beronun transferinə görə Slovakiyanın "Trençin" klubuna pulu vaxtında ödəməməsi səbəbəb olub. Futbolçunun transfer dəyəri 2,5 milyon avro qiymətləndirilir.

Hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayev müqavilə ilə "Trabzonspor"a məxsusdur.

Milli.Az