İranın Britaniyadakı səfirliyinə hücum olub - VİDEO

10 Mart 2018 08:38

Londonda 4 nəfər İran səfirliyinin eyvanında etiraz aksiyası keçirdiyinə görə saxlanılıb

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə cümə günü axşam Skotland-Yardın nümayəndəsi məlumat yayıb.

"Mən təsdiq edə bilərəm ki, 4 nəfər eyvanda nümayiş keçirdiyinə görə, saxlanılıb. Hadisə təqribən 18.40 radələrində baş verib " - deyə həmsöhbət bildirib.

O, hadisənin hər hansı bir təfərrüatları barədə məlumat verməkdən imtina edib və saxlanılanların adlarının yalnız onlara qarşı ittham irəli sürüləcəyi təqdirdə açıqlanacağını əlavə edib.

İranın Britaniyadakı səfiri Həmid Baidinejad səfirliyə hücum olduğunu təsdiq edib. İran mətbuatnın iddiasına görə, o bildirib ki, səfirlik binasına daxil olanların əllərində dəyənək və bıçaq olub və onlar İranın rəsmi şəxslərinə qarşı şüarlar səsləndiriblər.

Milli.Az

Supporters of Ayatollah Seyed Sadegh Shirazi took control over Iran's embassy in London, bringing down the regime's flag. March 9 -London #FreeIran pic.twitter.com/TDZ45fD8dU

- mahsti25 (@mahsti25metana1) 9 марта 2018 г.