Səudi kralı İraqda nəhəng stadion tikəcək

10 Mart 2018 08:43

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud İraqda 135 minlik tutumu olan stadion inşa etməyi söz verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu qərar İraq və Səudiyyə Ərəbistanı futbol yığmaları arasında keçirilən yoldaşlıq gürüşündən sonra qəbul olunub.

İraq hökuməti Səudiyyə Ərəbistanının kralının ölkədə stadion tikmək niyyətini təsdiqləyib.

Milli.Az