Məşhur servislərin hesab şifrələri qara bazarda neçəyə satılır?

10 Mart 2018 08:55

Ən azı bir dəfə fishing dələduzluğuna tutulmuş istifadəçilər əsasən diqqətli olmalıdırlar. Pis niyyətli şəxslər hansısa istifadəçinin Apple ID şifrəsini sadəcə 15.39$-a əldə edə bilərlər. Apple ID hesablarından əlavə olaraq dələduzluq ilə məşğul olan saytlarda həmçinin 274$-a PayPal hesablarını və ABŞ-da açılmış bank hesabı kodunu 160.15$-a əldə etmək olar.

Milli.Az technote.az-a istinadən bildirir ki, adətən bu cür şifrələrin qiymətləri hesabdakı balans vəsaitinin 10%-ni təşkil edir. Bu cür saytlarda istəyə uyğun olaraq hərraclarda iştirak edib hansısa şəxsin pasport məlumatlarını 60$-a almaq olar. Amazon və Walmart kimi online mağaza şifrələrini cəmi 10$-a əldə etmək mümkündür. eBay hesabı şifrəsinə görə isə 12$ tələb olunur. Məsələn Skype hesabı şifrələri 10$-dan satılır. Mütəxəssislər istifadəçilərə diqqətli olmağı və şübhəli linklərə daxil olmamağı məsləhət görürlər.

Milli.Az