Call of Duty: Black Ops 4 anons edildi - VİDEO

10 Mart 2018 08:45

"Activison" şirkəti Treyarch studiyası ilə birlikdə Call of Duty: Black Ops 4-ü anons etdi.
Milli.Az technote.az-a istinadən bildirir ki, oyunun ilk anons traileri də yayımlanıb. Onun ilk gameplay nümayişi isə 17 May tarixində baş tutacaq. Bir sıra məlumatlara əsasən oyunda hadisələr günümüzdə cərəyan edəcək. Call of Duty: Black Ops 4 bu ilin Oktyabr ayında PC, PS4 və Xbox One konsolları üçün satışa çıxacaq.
Milli.Az