Android-in yeni versiyası vaxtından əvvəl təqdim olundu

10 Mart 2018 07:51

"Google" şirkəti "Android P" əməliyyat sisteminin test quraşdırmasını təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Android" sisteminin yeni versiyasının 14 martda təqdim ediləcəyi planlaşdırılırdı. Sistemin yeni versiyası, hələ ki, yalnız "Pixel" smartfonları üçün əlçatandır. "Ars Technica" nəşri yazır ki, növbəti "Android" versiyası "Nexus 5x" və "Nexus 6P" smartfonları, həmçinin "Pixel C" planşetini dəstəkləməyəcək.
 
"The Verge" nəşri "Android"in növbəti versiyasının bəzi yeniliklərini açıqlayıb. Məsələn, sistemdə interfeysin görünüşünü sazlamaq funksiyası əlçatandır.
 
Yeni "Android" sistemi, hələ ki, adsızdır. "Android"in son versiyası "Oreo", ondan əvvəlki versiyası isə "Nougat" adlanır.

Milli.Az