Konte PSJ-nin hədəfində

9 Mart 2018 18:54

PSJ Çempionlar Liqasında qarşıya qoyulan tapşırığıyerinə yetirə bilməyən Unay Emeri ilə yollarını ayırmağı planlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paris klubu "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır və artıq onun agenti ilə əlaqə qurub.

İtalyan mütəxəsislə "zadəganlar"ın sahibi Roman Abramoviç arasında transfer siyasətində fikir ayrılığı olduğundan Konte mövsümün sonunda istefa verə bilər.

İtaliya Futbol Federasiyası da gənc mütəxəsisin ətrafında cərəyan edən hadisələri diqqətlə izləyir. O, 2014-16-cı illərdə artıq "mavi eskadra"nın sükanı arxasında olub. 

Milli.Az